Interposta.Info

BMT dünyada tiryək istehsalı üzrə liderin adını açıqladı
 

Dünya
 12-12-2023, 17:27     27 072

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi Myanmanın bu il son 20 il üçün rekord miqdarda tiryək istehsal edə bildiyi hesabat hazırlayıb.

"İnterPosta" bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Myanmada 2023-cü ildə tiryək istehsalı 1080 ton qiymətləndirilir ki, bu da 2022-ci illə müqayisədə 36% çoxdur və hazırda 2001-ci ildən bəri ən yüksək səviyyədədir", deyə BMT hesabatında bildirilir.

Qeyd olunur ki, son bir ildə Myanmada xaşxaş əkini 18% artaraq, 47,1 min hektara çatıb.

2021-ci ildən ordunun nəzarətində olan Myanmada 2022-ci ildə xaşxaş becərilməsinin həcminin 33% artdığı daha əvvəl bildirilmişdi. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) regional nümayəndəsi Ceremi Duqlas bildirib ki, artım Myanmadakı siyasi və iqtisadi qarışıqlıqla birbaşa bağlıdır.

BMT-nin məlumatına görə, 2022-ci ildə tiryək xaşxaşının əkin sahəsi 1/3 artaraq 40,100 hektara çatıb və orta hesabla məhsuldarlıq 41% artaraq hər hektardan demək olar 20 kq-a çatıb. Bu da UNODC-nin 2002-ci ildə qeydlər aparmağa başlamasından bəri ən yüksək göstəricidir.

Hesabatda deyilir ki, Myanmada hər il istehsal olunan tiryəkin dəyəri 2 milyard dollara çata bilər, narkotikin böyük hissəsi qaçaqmalçılıq yolu ilə qonşu ölkələrə və qlobal bazara aparılır./qaynarinfo.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26