Interposta.Info

ABŞ-da ilk dəfə məhbus azot qazı ilə edam ediləcək
 

Dünya
 3-11-2023, 17:06     37 097

Alabama Ali Məhkəməsi ABŞ-da ilk dəfə azot qazından istifadə edərək edam edilməsinə icazə verib. Bu icra üsulu ilk dəfə 2018-ci ildə üç ştatda təsdiqlənib, lakin indiyədək ondan istifadə olunmayıb. 1988-ci ildə keşişin arvadını öldürən şəxs azot qazı ilə edam ediləcək.

"İnterPosta" xəbər verir ki, Bu barədə "FoxNews” telekanalı məlumat yayıb.

Edam zamanı insanın üzünə maska qoyulur, ona oksigenlə nəfəs ala bilməməsi üçün azot verilir (azot havanın bir hissəsidir, lakin oksigenlə nəfəs aldıqda zərərsizdir). Nəticədə insan oksigen çatışmazlığından ölür.

Bu şəkildə edam edilən ilk şəxs 58 yaşlı Kennet Yucin Smit olacaq. O, Alabama ştatının Kolbrayt qraflığında Elizabet Sennetin qətlində təqsirli bilinib. Qətl qadının əri, ölümündən sonra sığorta pulunu almaq istəyən keşiş tərəfindən sifariş edilib.

Keçən il Kennet Yucin Smiti damardaxili inyeksiya ilə edam etməyə çalışıblar, iynənin tətbiqi ilə bağlı problemlərə görə bu üsuldan imtina edilib.

Yucin Smitin vəkilləri bu edam üsuluna qarşı çıxırlar. Onlar bu metodun hələ sınaqdan keçirilmədiyini və buna görə də konstitusiyaya zidd olduğunu iddia edirlər. Edam tarixini ştat qubernatoru Key Ayvi təyin edəcək.

ABŞ-da ölüm cəzası, ilk növbədə, barbituratların öldürücü dozalarından istifadə etməklə həyata keçirilir. Lakin Avropa İttifaqının əczaçılıq şirkətlərinə bu cür dərmanların həbsxanalara satışını qadağan edən qərarına görə bəzi ştatların dərmanlara çıxışı məhduddur. Bundan əlavə, rəsmilər deyirlər ki, azot qazı ilə edam ölümcül inyeksiyalar zamanı yaranan uğursuz edam cəhdləri və bununla əlaqədar məhkəmə çəkişmələri kimi problemlərin qarşısını almağa kömək edəcək./qaynarinfo.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26