Interposta.Info

"Twitter" pullu oldu: Azərbaycan üçün qiymətlər necə olacaq?

Dünya
 18-10-2023, 14:35     18 615

"X (Twitter) İlon Maskın söz verdiyi kimi, sosial şəbəkənin yeni istifadəçiləri üçün hələlik yalnız iki ölkədə ödənişli olub".

Bu barədə Qaynarinfo rəsmi X texniki dəstək saytının dərc etdiyi məlumata istinadən xəbər verir.

Ödənişli versiya xüsusilə spam, manipulyasiya və bot fəaliyyətini azaltmaq üçün nəzərdə tutulub. Ödənişli versiya Yeni Zelandiya və Filippində sosial şəbəkədə yeni hesablar üçün sınaqdan keçirilir.

Yoxlamalar aşağıdakı kimi aparılır:

yeni hesablar əvvəlcə telefon nömrələrini təsdiqləməlidirlər

yeni istifadəçi abunə planı seçməlidir

Abunə haqqı ölkədən və yerli valyutadan asılı olaraq 8-115 dollar arasında dəyişir. Bundan əlavə, qiymət yeni X-dən hansı cihazda istifadə etdiyinizdən asılıdır.
Bir neçə ölkədə qiymətə baxaq:

ABŞ: telefonda aylıq - 11, illik 114.99 ABŞ dolları;

Böyük Britaniya: telefonda aylıq - 1, illik 114.99 funt sterlinq;

Fransa: telefonda aylıq - 11, illik - 114.99 avro

Yaponiya: telefonda aylıq – 1380, illik – 14.300 yen;

Türkiyə: telefonda aylıq – 209, illik – 2.199 TL

Azərbaycan üçün manatla qiymətlər aşağıdakı kimidir:

ayda Android və iOS üçün versiya – 18,70 manat

ildə Android və iOS üçün versiya – 195,49 manat

ayda veb versiyası – 13,60 manat

ildə web versiyası – 142,80 manat

Abunə olan istifadəçilər kontent dərc edə, tvitləri bəyənə, cavab verə, digər hesablardan yazıları yenidən yerləşdirə və sitat gətirə biləcəklər.
Abunə olmaq istəməyənlər, yalnız yazıları oxuya, videolara baxa və hesabları izləyə bilərlər. Bütün digər funksiyalar həmin şəxslər üçün bloklanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26