Interposta.Info

İsrail Qəzzada quru əməliyyatına başlayır - Kontr-admiraldan xəbərdarlıq
 

Dünya / Manşet
 14-10-2023, 15:40     29 970

İsrail Qəzzada quru əməliyyatına başlayır - Kontr-admiraldan xəbərdarlıq
İsrail Müdafiə Ordusu tezliklə Qəzzada quru əməliyyatına başlayacaq. Ordu müharibənin növbəti mərhələsi üçün tam hazırdır.

"İnterPosta""Times of İsrail”e istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü, kontr-admiral Daniel Həqari məlumat verib.

Kontr-admiral bildirib ki, hazırda qüvvələr hazırlanır, planlar nəzərdən keçirilir, bütün istiqamətlərdə tədbirlər görülür: "Diqqətimizi Qəzzaya yönəltmişik. Buna baxmayaraq, bütün ölkəyə nəzarət edirik. Bu, bizə bütün istiqamətlərdə eyni vaxtda fəaliyyət göstərməyə imkan verir”.

Daniel Həqarinin sözlərinə görə, yüz minlərlə fələstinli mülki şəxs İsrail ordusunun xəbərdarlığına qulaq asaraq, artıq Qəzzanın şimalından cənuba təxliyə olunub: "Amma hələ də ərazidə xeyli mülki insan var. Təxliyə xəbərdarlığına əməl etməyənlər özlərini və ailələrini təhlükə altında qoyurlar. Biz boşaldılan ərazilərə böyük güclə hücuma keçəcəyik"./Qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26