Yaralı HƏMAS yaraqlılarının İsrail xəstəxanalarında müalicəsi qadağan edildi

İsrailin səhiyyə naziri Moşe Arbel yaralı HƏMAS yaraqlılarının ölkənin dövlət xəstəxanalarında müalicəsinin rəsmi qadağan edilməsi barədə göstəriş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Jerusalem Post” qəzeti məlumat yayıb.
Səhiyyə Nazirliyi rəhbərinin qərarı mediada fələstinli yaraqlıların dövlət qurumlarına aparılacağı və yaralanan israillilərlə eyni əsaslarla müalicə ediləcəyi barədə məlumatlardan sonra verilib.
Moşe Arbel bildirib ki, onun rəhbərliyi altında düşmən döyüşçülərinə rəsmi münasibət göstərməyəcəklər. O qeyd edib ki, həkimlər yaralı mülki şəxslərlə yanaşı, İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərlərinə də yardım göstərməlidirlər.
Moşe Arbel qərarı ilə bağlı Baş nazir Benyamin Netanyahuya məlumat verib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26