Interposta.Info

Fransa Müdafiə Nazirliyinin rəhbəri Kiyevdə: Hərbi yardımı müzakirə edəcək

Dünya
 28-09-2023, 17:50     355


Fransanın müdafiə naziri Sebastyan Lekornü Kiyevə gəlib. Fransalı nazir ukraynalı həmkarı Rüstəm Umerov və strateji sənayelər naziri Aleksandr Kamışinlə görüş keçirəcək, görüş zamanı tərəflər Ukraynaya hərbi yardımı müzakirə edəcəklər.

Bu barədə Qaynarinfo The Guardian-a istinadən xəbər verir.

Fransalı nazir cümə günü, sentyabrın 28-də Ukrayna paytaxtına gəldikdən sonra Kiyevin mərkəzində Rusiya işğalı zamanı həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib və əklil qoyub.

Fransa mətbuatının məlumatına görə, Kiyevdə Lekornü Rusiya Federasiyasının irimiqyaslı hərbi təcavüzünü dəf etmək üçün Fransanın Ukraynaya yardımının inkişafından danışacaq.

Fransa Müdafiə Nazirliyinin rəhbəri ilə birlikdə iyirmi müdafiə sənayesi müəssisəsinin nümayəndələri də Ukraynaya yardım və sənaye tərəfdaşlığı məsələlərini müzakirə etmək üçün Kiyevə gəliblər.

Qeyd olunur ki, zirehli texnika, artilleriya, pilotsuz uçuş aparatları istehsalı, kiber və mübadilə dəstəyi üzrə ixtisaslaşan iyirmiyə yaxın Fransa şirkətinin nümayəndələri Ukrayna sənayesinin nümayəndələri ilə müzakirələr aparmalı və tərəfdaşlıq müqavilələri imzalamalıdırlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26