Interposta.Info

ABŞ-də 17 həkimin bacarmadığını “ChatGPT” etdi
 

Dünya
 15-09-2023, 08:58     237

10-dan çox həkim “əlinin arxasını yerə qoyduqdan” sonra “ChatGPT” çat-botu dörd yaşlı amerikalıya düzgün diaqnoz qoya bilib. Uşağın anası çarəsizlikdən süni intellektə (AI) müraciət edib.

Uşağı 17 həkimə göstərdiyinə baxmayaraq, onların heç birinin uşağa diaqnoz qoya bilməməsi səbəbindən qadın “ChatGPT”nin köməyinə müraciət etmək qərarına gəlib. Dörd yaşlı oğlanın belində şiddətli ağrılar olub və boy artımında geriləmə müşahidə edilib. Bundan əlavə, ana uşağın bədəninin sağ və sol tərəflərinin hərəkətlərində uyğunsuzluq olduğunu və ayaqları çarpazlayaraq otura bilmədiyini qeyd edib.

Nəhayət, həkimlərə baş çəkməkdən yorulan qadın bütün simptomları və MRT qeydlərini çat-bota daxil edib. Bir müddət sonra süni intellekt uşağın onurğa beyninin inkişafındakı patologiyanın səbəbkarının nadir nevroloji xəstəlik olan “gərgin onurğa sindromu” (“tethered cord sindrom”) adlandırılan bir xəstəliyinin olduğunu irəli sürüb.

Növbəti bir neyrocərrah ilə görüşdə ana bu fərziyyəni səsləndirib, nəticədə diaqnoz doğru olub. Amerikalı həkimlər çat-botun həqiqətən də düzgün diaqnoz qoyduğunu etiraf ediblər, lakin xəbərdarlıq ediblər ki, tam süni intellektə etibar etmək olmaz.
“OpenAI” şirkətinin “ChatGPT” proqramı və digər generativ süni intellekt məhsullarında hazırda məlum problemlər var və onlar səhv edə bilərlər”, - deyə Amerika Tibb Assosiasiyasının prezidenti Cessi Erenfeld vurğulayıb.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26