Interposta.Info

"Guardian": "Havay adaları meşə yanğınlarından sonra ABŞ-dan ayrılmaq istəyir"  

Dünya
 9-09-2023, 17:23     209

Britaniyalı jurnalistlər Havay ştatının ABŞ-dan ayrılmaq istəyinin artdığını öyrəniblər.

"İnterPosta" "Guardian"a istinadla xəbər verir ki, vəziyyəti bu ilin avqustunda Havay adalarını bürümüş meşə yanğınları daha da ağırlaşdırıb.

Qəzet yazır ki, "Yerli havaylıların suverenlik uğrunda mübarizəsi avqust ayında Qərbi Mauini yandıran meşə yanğınlarından sonra yeni aktuallıq qazanıb”.

Yerli fəallar hesab edirlər ki, ABŞ-dan ayrılmaq Havay adalarını gələcək nəsillər üçün qoruyub saxlamağın yeganə yoludur.

Xatırladaq ki, avqustun 9-da Maui adasını meşə yanğınları bürüyüb. Çoxlu yaşayış binaları dağıdılıb, 100-dən çox insan həlak olub, mindən çox insan itkin düşmüş hesab olunur.

ABŞ prezidenti Co Baydenin Havayda şiddətli yanğınlar fonunda çimərlik istirahətinə görə tənqid edilib. Daha sonra Amerika lideri zərərçəkənlərlə görüş zamanı yuxuya gedib./qaynarinfo.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26