Interposta.Info

Putin Priqojinin ailəsinə başsağlığı verdi
 

Dünya
 24-08-2023, 21:15     229

Putin Priqojinin ailəsinə başsağlığı verdi
Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb.

"Priqojin çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, iş adamı idi”, - deyə Vladimir Putin bildirib.

Rusiya lideri əlavə edib ki, təhqiqat komitəsinin rəhbəri təyyarə qəzası ilə bağlı araşdırmaya başlayıb.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26