Interposta.Info

Vuçiç Ərdoğanla görüşmək niyyətində olduğunu bildirib
 

Dünya
 18-08-2023, 15:16     236

Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Budapeştə səfər etmək niyyətində olduğunu bildirib.

Bu, Ankaranın Priştinaya pilotsuz təyyarələr və Kosovonun təhlükəsizlik qüvvələrinə silah verməsi fonunda münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

“Bizim üçün ünsiyyət saxlamaq, sadəcə təmasda olmaq yox, Türkiyə ilə mümkün olan ən yaxşı münasibətləri qurmağa çalışmaq vacibdir. Türkiyə regional super gücdür və inanıram ki, Budapeştdəki danışıqlar və Ərdoğanla ikitərəfli görüş əlaqələrimizin yaxşılaşdırılması istiqamətində bir addım olacaq”, - deyə Vuçiç qeyd edib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26