Interposta.Info

Rusiyada korrupsioner məmurların mənzilləri satılacaq

Dünya
 13-07-2023, 08:02     345

Dövlət Duması korrupsioner məmurlara məxsus daşınmaz əmlakın satışına icazə verən qanun layihəsini qəbul edib.

Qeyd olunur ki, hazırda dövlət mülkiyyətinə verilmiş çoxlu sayda belə daşınmaz əmlak mövcuddur. Bunlar, bir qayda olaraq, geniş əraziyə malik yüksək komfortlu mənzillərdir.

Qanuna əsasən, daha ucuz daşınmaz əmlak, əvvəlki kimi, regional hakimiyyət orqanları vasitəsilə sosial icarəyə veriləcək.

Alınan vəsaitin dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulub./mk.ru

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26