Interposta.Info

 

Ukraynanın vahiməli şəhərindən REPORTAJ - VİDEO

Dünya
 10-07-2023, 21:41     196

Nikopolda çayın sol sahilində qərarlaşan Rusiya ordusu istənilən vaxt şəhərin küçələrini fasiləsiz olaraq yaxın məsafəli raket qurğularından, minaatanlardan atəşə tutur.

İşğal altında qalan və partladılma riski olan Zaporojye Atom Elektrik Stansiyası ilə üzbəüz yerləşməsi şəhərdə daha təhlükəli vəziyyət yaradır. Ona görə demək olar ki, Nikopolda ancaq yoxsul təbəqənin insanları qalıb.

Digər təhlükə quruyan Dneprdən gəlir. Sakinlər müxtəlif zərərvericilərin kütləvi hücumuna məruz qalırlar. Bu da şəhərdə xəstəliklərin yayılma riskini artırır.
Qeyd edək ki, Zaparojye AES partladılacağı təqdirdə cəmi 5 kilometrlikdə yerləşən bu şəhər yer üzündən tamamilə silinə bilər.

Daha ətraflı Baku TV-nin süjetini təqdim edirik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26