Interposta.Info

İranda attraksion qırıldı: Uşaqlar yerə çırpıldılar

Dünya
 10-07-2023, 17:16     185

İranın İsfahan əyalətində əyləncə parkında attraksionun qırılması nəticəsində azı doqquz yeniyetmə xəsarət alıb.

Məlumata görə, istismar zamanı zəncirli karusel sıradan çıxıb və onun üzərində olan hər kəs hündürlükdən yerə yıxılıb. Zərərçəkənlərin yaşı 13-15 arasında olub. Onlardan altısı qız və üçü oğlandır.

Yeniyetmələr bel xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətini stabil qiymətləndirirlər.

Hadisənin səbəbləri araşdırılır. Əyləncə parkı hazırda bağlıdır./fararu.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26