Interposta.Info

 

Ukraynanın NATO-ya üzv olması üçün tələblər

Dünya
 7-07-2023, 15:04     181

ABŞ NATO-nun “açıq qapı” siyasətini dəstəkləyir, lakin hesab edir ki, Alyansa qoşulmaq istəyən hər bir ölkə müəyyən tələblərə cavab verməlidir.

Bu açıqlama ilə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çıxış edib.

“NATO-ya üzv olmaq üçün hər bir ölkə müəyyən tələblərə cavab verməlidir və bu ölkə ilə Alyans arasında ciddi müzakirə aparılmalıdır. Biz bu prosesə hörmətlə yanaşmağın tərəfdarıyıq”, - deyə C. Kirbi vurğulayıb.

C. Kirbinin sözlərinə görə, vurğulanan məqamlar onu deməyə əsas verməməlidir ki, Ukrayna NATO ilə Rusiya arasında “boz zonada” qalıb.
“Əksinə, tərəfdaşlarımızın bütün hərəkətləri onu göstərir ki, onlar Rusiya Federasiyasının təcavüzünə qarşı mübarizədə tamamilə Ukraynanın tərəfindədirlər”, - deyə C. Kirbi vurğulayıb.\rbc.ua

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26