Interposta.Info

Reuters: Zelenskinin ofisi NATO-ya “ultimatum” verdi
 

Dünya
 30-06-2023, 12:05     197

Alyans ölkələrinin liderləri Ukraynanın üzvlük məsələsini həll etməsələr, Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun qarşıdan gələn sammitinə getməyəcək. Ukrayna hakimiyyətinin bu tələbini Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva səsləndirib.

"İnterPosta" xəbər verir ki, bu barədə Reuters yazır.

Onun sözlərinə görə, "NATO liderləri cəsarətsizlik nümayiş etdirməyə meyllidirlərsə” və ya etdirəcəklərsə, Zelenski sammitdə olmayacaq. Ukrayna prezidentinin "Vilnüs sammitində heç bir nəticə olmasa, getmək üçün heç bir səbəbi və vaxtı yoxdur”, - deyə Jovka əlavə edib.

O əlavə edib ki, Finlandiya və İsveç 2022-ci ildə üzvlük üçün müraciət edib və həmin ilin iyununda cavab alıb. Jovka qeyd edib ki, Kiyev Ukraynanın NATO-ya daxil olması proseduruna başlamağı xahiş edir və "müəyyən məqamda öz nöqteyi-nəzərini vurğulamaq üçün masaya oturub", - nəşr yazır.

NATO-nun sammiti iyulun 11-12-də Vilnüsdə keçiriləcək.

Xatırladaq ki, Zelenski 2022-ci il sentyabrın 30-da ölkənin sürətli şəkildə NATO-ya daxil olması üçün müraciət etmişdi. İyun ayında Kiyevdə bildirilib ki, artıq 20 NATO ölkəsi ölkənin alyansa daxil olmasına dəstəyi rəsmiləşdirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26