Interposta.Info

Aİ genişlənmə ilə bağlı Ukrayna və Türkiyə arasında seçim etməli olacaq - "Politico"
 

Dünya
 17-05-2023, 19:22     225

Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu Aİ-ni Türkiyəni qəbul etməkdən imtina etməyə məcbur edə bilər. Ona görə də, Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda onun müxalifətdən olan rəqibi, Aİ ilə daha sıx inteqrasiyaya hazırlaşan Kamal Kılıçdaroğlu deyil, Rəcəb Tayyib Ərdoğan qalib gəlsə, bəzi Aİ üzvləri "rahat nəfəs alacaq”.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

"Hansısa məqamda biz bildirməliyik ki, Ukrayna və Qərbi Balkanlar Avropa İttifaqının sonuncu genişlənməsidir. Aİ-nin həm Türkiyəni, həm də Ukraynanı qəbul etməsi ağlasığmazdır. Bazar buna dözməyəcək”, - deyə adı açıqlanmayan yüksək səviyyəli Avropa rəsmisi nəşrə bildirib.

"Politico”nun məlumatına görə, böyük ehtimalla, Aİ ölkələrinin liderləri dekabrda keçiriləcək sammitdə Ukrayna ilə üzvlüklə bağlı danışıqlara rəsmən başlayacaqlar.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski 28 fevral 2022-ci ildə Ukraynanın Aİ-yə daxil olması üçün ərizə təqdim edib. İyun ayında Kiyev namizəd statusu alıb. 2023-cü ilin fevralında Avropa Komissiyası (AK) Ukraynanın bütövlükdə hələ də bloka qoşulmağa hazırlığın ilkin səviyyəsində olduğu qənaətinə gəlib. Aprel ayında AK Ukraynanın Aİ-yə daxil olması üçün qısa yolun olmadığını elan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26