Interposta.Info

 

Ukrayna Çinin pilotsuz təyyarələrini ABŞ-yə görə ala bilmir

Dünya
 4-07-2023, 09:15     243

Ukrayna müdafiə nazirinin rəqəmsal transformasiya üzrə müavini Vitali Deyneqa bildirib ki, gələn il pilotsuz uçuş aparatları hərbi əməliyyatlarda həlledici rol oynayacaq. Lakin Ukrayna tərəfi ABŞ ilə münasibətləri korlamamaq üçün Çinin “Mavic” pilotsuz təyyarələrini ala bilməz.

Nazir müavini hesab edir ki, gələn il pilotsuz aparatlar təyyarələrdən heç də az əhəmiyyət kəsb etməyəcək və həlledici rol oynayacaq. Bununla bağlı o, cihazların yeni modifikasiyalarının hazırlanmasının zəruriliyini vurğulayıb.

“İndi təəssüf ki, rusların bu baxımdan müxtəlif ixtiralarda üstünlüyünü müşahidə edirəm. Bu, pisdir və belə olmamalıdır”, - deyə o əlavə edib.
Eyni zamanda, Deyneqa Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin “Dronların Ordusu” layihəsinə diqqət çəkib. “Bizdə olan və ruslarda olmayan çox yaxşı şeylər var. Əslində gələn il dronlar həlledici rol oynayacaq. Bu, çox bahalı avadanlıqları dayandırmağın ucuz yoludur”, - deyə o, yekunlaşdırıb.\kommersant

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26