Arxeoloqlar Pompeydə ilk pizzanın şəklini tapdı
Qədim Pompey şəhərində tədqiqatçılar evin divarında pizzaya bənzəyən yeməyin şəklini tapıblar. Bu kəşf pizzanın yalnız 1889-cu ildən bəri mövcud olması faktını təkzib edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” nəşri məlumat yayıb.
Arxeoloqlar Vezuvi vulkanının püskürməsindən sonra dağılan şəhərin bir vaxtlar olduğu yeri hələ də araşdırırlar. Mütəxəssislər təqribən iki min il yaşı olan və yastı çörəyi təsvir edən freska aşkar ediblər. Xəmirdə meyvə, çox güman ki, nar və xurma istifadə olunub. Alimlər yeməyə ədviyyat və pesto sousunun da əlavə edildiyini irəli sürürlər. Onun yanında bir qədəh şərab, quru meyvələr və çiyələk budaqlarından ibarət çələng var.
Ətraflı
Mütəxəssislər görüntünü təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, freskada müasir pizzanın sələfi təsvir olunub.
Bundan əvvəl İtaliyada arxeoloqlar 2000 illik Roma məbədinin freskalarının fraqmentlərini aşkar etmişdilər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26