Interposta.Info

ABŞ alimləri yadplanetlilərin

Ölkə
 22-04-2017, 19:53     475

Amerikalı alimlər Yer kürəsinə yaxın olan ulduzlarda həyatın mövcud olduğuna dair 11 iz tapıb. Lakin bu, hələ ki, mövcud digər həyatların potensial siqnalları kimi qiymətləndirilə bilər.

Axar.az xəbər verir ki, bu haqda məlumatı “Brektrou Lisen” nəşri yayıb.

Verilən məlumata görə, tədqiqatçılar yaxın 692 ulduz üçün bütün mümkün siqnal axtarışı prosesini aparıb.Bu siqnal axtarışlarına isə yalnız on biri “səs verib”. Lakin hələ ki, yadplanetlilərdən danışmaq tezdir.

“Biz hələ ki, planetdən kənarda mövcud olan hər hansı bir şüurun mövcudluğunu aşkar etməmişik. Lakin biz daha sistematik və dərin axtarışlara artıq başlamışıq”, – deyə araşdırmada iştirak edən alimlərdən biri olan Endryu Simion açıqlama verib.

Tədqiqatçılar radioaktivlik əlamətləri qeydə ala bilib ki, bu da təbii mənşəli həyatın mövcud ola bilmə ehtimalı deməkdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26