Interposta.Info

Çeçen döyüşçülər “Vaqner”çilərə qarşı vuruşmağa yollanıblar

Dünya / Manşet
 24-06-2023, 13:38     336

Çeçen döyüşçülər və Çeçenistandakı rus hərbçilər Rusiya Silahlı Qüvvələri ilə “Vaqner” özəl hərbi şirkəti arasında gərginlik davam edən əraziyə yollanıblar.

Bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov deyib.

Xatırladaq ki, “Vaqner”in başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner”in arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb:

“Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26