Interposta.Info

Rusiya 5 ayda Ukraynada 100 minə yaxın itki verib - ABŞ

Dünya
 2-05-2023, 16:41     323

Ağ evin Milli təhlükəsizlik şurasının nümayəndəsi Con Kirbi keçirdiyi brifinqdə bildirib ki, Ukraynada son 5 ayda gedən döyüşlərdə Rusiya qüvvələri 100 minə yaxın itki verib. Onun sözlərinə görə, rəqəm ABŞ kəşfiyyatının hesablamalarına əsaslanır.


Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.


Bu məlumatlara görə, 20 min rusiyalı öldürülüb, onların yarısı "Vaqner” muzdlularıdır. 


"Rusiya üçün Baxmut şəhəri vasitəsilə Donbasda irəliləmək cəhdi çox, çox baha başa gəlib", deyə Kirbi bildirib.


Qeyd edək ki, aprelin 29-da "Vaqner” özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu hədələyib və bildirib ki, əgər sursat çatışmazlığı problemi həll olunmasa, "Vaqner” döyüşçüləri Baxmutu tərk edəcəklər. 


"Sursat qıtlığı doldurulmasa, o zaman biz sonradan qorxaq siçovullar kimi qaçmamaq və ya qalıb ölməmək üçün məcbur olaraq mütəşəkkil şəkildə çıxacağıq. Çox güman ki, biz bölmələrin bir hissəsini bu ərazidən çıxarmaq məcburiyyətində qalacağıq", deyə Priqojin deyib.  


"Vaqner”in sahibinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu mayın 15-dən gec olmayaraq başlayacaq və Rusiya üçün fəlakətli nəticələrə səbəb ola bilər. O, həmçinin müsahibəsində "Vaqner”in "bir müddət sonra mövcudluğunu dayandıracağını" bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26