Interposta.Info

"Vaqner”çinin Fəxri xiyabanda dəfninə izn verilmədi - Volodindən Priqojinə cavab
 

Dünya
 19-12-2022, 17:23     345

Dövlət Dumasının sədri Vyaçeslav Volodin iş adamı – Vaqner qrupunun sahibi Yevgeni Priqojinin Sankt-Peterburq rəhbərliyinin Ukraynada müharibə zamanı ölmüş "Vaqner" qrupunun əsgəri Dmitri Menşikovun Beloostrovski qəbiristanlığının fəxri xiyabanında dəfn etməkdən imtina etməsi ilə bağlı ona ünvanladığı müraciətə cavab verib.

Qaynarinfo bu barədə MK.ru-ya istinadla xəbər verir.

"Cəbhədə hamı bərabərdir: könüllülər, "Vaqner” döyüşçüləri, hərbçilər", - Volodin Priqojinin müraciəti haqda jurnalistlərə danışarkən deyib.

Dövlət Dumasının rəhbəri əlavə edib ki, "Vətən uğrunda həlak olan qəhrəmanların xatirəsinə” gəldikdə, onları bir-birindən ayırmaq olmaz. O, vurğulayıb ki, yerli hakimiyyət orqanları vətəninin müdafiəsi yolunda şəhid olanların xatirəsini əbədiləşdirmək, ailəsinə dəstək olmaq üçün hər şeyi etməlidir.

Volodin həmçinin bildirib ki, Nümayəndələr Palatasının Müdafiə Komitəsi döyüşçülərlə bağlı qanun normalarının bütün hərbi qulluqçulara şamil olunması üçün təklif hazırlayacaq.

Daha əvvəl bildirilmişdi ki, Smolnı Sankt-Peterburqun baş hərbi komissarı Sergey Kaçkovskidən döyüşçülərin statusu Rusiyanın mövcud qanunvericiliyi ilə müəyyən edilmədiyi təqdirdə onların dəfni ilə bağlı necə davranmaq lazım olduğu haqda məsləhət istəyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26