Interposta.Info

Məşhur dərmanın yaşlıların qanını azaltdığı ortaya çıxdı

 

Dünya
 22-06-2023, 09:05     282

Avstraliyanın Monaş Universitetinin mütəxəssislər qrupu aspirinin yaşlılar üçün təhlükələrini müəyyən edib. Məlum olub ki, dərman anemiya riskini 20 faiz artırır.

Tədqiqatın nəticələri “Annals of Internal Medicine” jurnalında dərc olunub.

Araşdırma zamanı müəlliflər 70 və daha yuxarı yaşda olan 20 000-ə yaxın insanın məlumatlarını öyrəniblər. İştirakçılar iki qrupa bölünüb, onlara üç il ərzində gündəlik 100 milliqram aspirin və ya plasebo qəbul etmələri təyin edilib.

İştirakçıların hər il hemoqlobini yoxlanılıb, həmçinin qanlarında dərman qəbul etməzdən əvvəl və üç il sonra - ferritin (dəmir) ölçülüb.

Tədqiqatçılar müəyyən ediblər ki, hər gün aşağı dozada aspirin qəbul edən qrupun anemiyaya tutulma riski plasebo qrupuna nisbətən 23,5 faiz yüksəkdir. Bundan əlavə, onların hemoqlobin səviyyəsində bir qədər, ferritinin konsentrasiyasında isə əhəmiyyətli miqdarda azalma görünüb.

Əldə edilən məlumatlar göstərir ki, aspirin qəbul edən yaşlı xəstələrdə hemoqlobin səviyyəsinin dövri monitorinqi aparılmalıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26