Interposta.Info

“Vogue”un baş redaktoru ildə 80 min dollar maaşa şəxsi köməkçi axtarır

Dünya
 14-06-2023, 20:15     205

Amerikanın "Vogue" moda jurnalı baş redaktoru Anna Vintur üçün şəxsi köməkçi axtarır.

"İnterPosta"xəbər verir ki, bu barədə NY Post məlumat yayıb.

Condé Nast-ın rəsmi saytında yerləşdirilən iş elanında deyilir ki, köməkçi Amerika Vogue jurnalının baş redaktoruna və qlobal məzmunun baş direktoruna kömək edəcək. 73 yaşlı Anna Vintur 2020-ci ildə Condé Nast şirkətinin baş əməliyyat direktoru təyin edildiyi üçün hər iki vəzifəni yerinə yetirməyə hazırlaşır. Seçilmiş namizəd müştərilərlə ünsiyyətə, görüşlərin və tədbirlərin planlaşdırılmasına və sənədləşmə işlərinə cavabdeh olacaq.

Tələblərdə qeyd olunur ki, Anna Vinturun köməkçisi vəzifəsinə namizəd inzibati vəzifədə təcrübəyə, güclü yazı və korrektorluq bacarığına və "detallara qüsursuz diqqət yetirməyə” malik olmalıdır.

"Bu, mədəniyyət, moda, rəqəmsal media və məzmuna həvəsi olan iddialı, işgüzar peşəkar üçün əla fürsətdir”, - elanda deyilir.

Müvəffəqiyyətli namizəd ildə 60.000-80.000 dollar arasında əmək haqqı alacaq.

Bundan əvvəl Edvard Enninfulun Anna Vinturla mübahisəsi ilə bağlı şayiələrə görə "Vogue” jurnalının baş redaktoru postunu tərk etdiyi bildirilirdi.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26