Interposta.Info

Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər (VİDEO)  

Dünya
 1-06-2023, 10:11     229

Türkiyə lirəsi kəskin şəkildə ucuzlaşmaqda davam edir.

"İnterPosta" Xəzər TV-yə istinadən xəbər verir ki, lirə təkcə bu gün dollar qarşısında 1% dəyər itirib.

Hazırda 1 dolların dəyəri 20-21 lirəyə bərabərdir.

İqtisadçı - ekspert Elşad Məmmədov deyir ki, lirənin sürətlə dəyər itirməsi Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinə paralel olaraq baş verir. Onun sözlərinə görə, bu hal təsadüfi deyil və Qərb bu üsulla bir növ rəsmi Ankaraya təzyiq etməyə çalışır.

Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Mərkəzi Bankın bu günə açıqladığı məzənnəyə əsasən 1 lirənin dəyəri 8 qəpiyə bərabərdir.
Elşad Məmmədov hesab edir ki, mövcud vəziyyət uzun müddət davam edərsə, Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər.

Mütəxəssis əlavə edib ki, Türkiyənin pul siyasətində dəyişiklik edilməsə, mövcud vəziyyət hələ bir müddət davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26