Interposta.Info

Yaponiya, ABŞ və Filippin tarixdə ilk dəfə birgə sahil mühafizəsi təlimləri keçirəcək
 

Dünya
 30-05-2023, 18:18     235

ABŞ, Yaponiya və Filippinin sahil mühafizəsi bu həftə Cənubi Çin dənizində üçtərəfli dəniz təlimləri keçirəcək.

Bu barədə Qaynarinfo Reuters-ə istinadən xəbər verir.

Təlimlər iyunun 1-dən 7-dək Filippinin Bataan əyaləti yaxınlığındakı sularda keçiriləcək. Çinin bölgədə artan hərbi fəallığını nəzərə alaraq, onlar ABŞ və Yaponiyanın təşəbbüsü ilə həyata keçirilib. Avstraliya onlara müşahidəçi qismində qoşulacaq.

"Axtarış-xilasetmə əməkdaşlığı və hüquq mühafizəsini təkmilləşdirmək üçün təlimdə dörd Filippin gəmisi və ABŞ və Yaponiyadan bir gəmi iştirak edəcək", - deyə Filippin sahil mühafizəsinin nümayəndəsi Armand Balilo məlumat verib.

Yaponiya və ABŞ fevral ayında Manilanın Pekini Cənubi Çin dənizində aqressiv fəaliyyətdə ittiham etməsindən sonra Filippinə birgə dəniz təlimi təklif edib.

Bununla belə, Filippin tərəfi bəyan edib ki, təlimlər üçüncü tərəfə qarşı yönəlməyib və "sahil mühafizə bölmələri üçün gündəlik fəaliyyət” formalarından biridir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26