Interposta.Info

Keçmiş baş nazirin müşaviri: "Conson Makronu ədəbsizcəsinə söyüb"
 

Dünya
 18-05-2023, 23:14     246

Boris Conson Böyük Britaniyanın baş naziri olarkən yaxın ətrafının əhatəsində olarkən Fransa Prezidenti Emmanuel Makronu ədəbsizcəsinə söyüb.

"İnterPosta" oxu.az-a istinadən xəbər verir ki, bunu Britaniya hökumətinin keçmiş rəhbərinin müşaviri bildirib.

Consonun Böyük Britaniya hökumətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Quto Harri özünün "Unprecedented” podkastında bildirib ki, bu, Fransa prezidentinin 2022-ci ilin fevralında Vladimir Putinlə görüşmək üçün Moskvaya səfərindən və onunla qeyri-adi uzun masa arxasında əyləşməsindən sonra baş verib.

"Fransa Prezidenti Emmanuel Makronun Putinlə danışmaq üçün Moskvaya səfəri erkən gərginlik yaradıb. Boris bunu ürəkbulandırıcı adlandırıb. Daha sonra Makron Britaniya hökumətini ukraynalı qaçqınların Avropaya gəlişilə bağlı yaranmış humanitar böhrana görə ciddi şəkildə tənqid edib ki, bu da Consonu özündən çıxarıb. Boris Fransa prezidentini son dərəcə çirkin söyüşlə təhqir edib, onu "quldur” və "Putinin qabyalayanı” adlandırıb. "Bu qurbağaları şorbaya atmalıyıq” deyən Conson eyni mövzuda bir neçə belə zarafatlar da edib”, - Harri bildirib.
O, baş nazirin bu yolla psixoloji gərginliyini azaltdığını vuruğlayıb.

Boris Consonun ətrafı onun keçmiş müşavirinin açıqlamalarına hələlik münasibət bildirməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26