Interposta.Info

Ermənistan KTMT-ni tərk edir? (ŞƏRH

Dünya
 16-05-2023, 14:43     378

"KTMT-ni tərk edəcəyini bəyan etməklə İrəvan Rusiyanı şantaj edir və Kremldən güzəştlər qoparmağa çalışır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli İrəvanın KTMT-dən çıxmağı müzakirə etdiyi barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikri şərh edərkən deyib.

Onun fikrincə, quruma üzv dövlətlər istənilən zaman oradan çıxmaq hüququnu özlərində saxlayırlar:

Ermənistan KTMT-ni tərk edir? (ŞƏRH


"Təbii ki, müəyyən prosedurları göndərmək şərtilə. Amma son dövrlər Ermənistan Rusiya münasibətlərində müəyyən dəyişikliklərin olması onu deməyə əsas verir ki, İrəvanın KTMT-dən çıxmaq niyyəti sadəcə olaraq Moskvanı qorxutmaq məqsədi güdən bir bəyanatdır. Ermənistanın indiki halda KTMT-dən çıxması real deyil. Çünki Ermənistanın sərhədləri, ərazisi də Rusiya hərbçilərinin nəzarəti altındadır. Ona görə də İrəvan təzyiq metodundan istifadə etməklə Rusiyadan müəyyən güzəştlər, yaxud hansısa bir üstünlük əldə etmək istəyir”.

Bununla belə, ekspert İrəvanın həmin təzyiqlə Moskvadan hansısa güzəştlər qopara biləcəyini zənn etmir:

"Bu, inandırıcı deyil. Ermənistan dəfələrlə təşəbbüs göstərib ki, KTMT-ni Azərbaycanla münaqişəyə qatsın. Lakin buna nail olmayıb. İndiki mərhələdə də bu istiqamətdə nəyəsə nail ola bilməyəcək”.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya müsahibəsində ölkəsinin KTMT-dən çıxmağı müzakirə etdiyini deyib. O, qeyd edib ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmir və müqavilə öhdəliklərini yerinə yetirmir:"Odur ki, qurumdan çıxmaqla bağlı müzakirələr aparılır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26