Interposta.Info

Moskvada Qələbə Paradı - hansı dəyişikliklər olub?
 

Dünya
 9-05-2023, 15:17     331

Qırmızı Meydandakı paradda 10 mindən çox insan, 125 ədəd silah və hərbi texnika iştirak edib. Onların arasında Ukraynadakı hərbi əməliyyatın iştirakçıları da var. Quru Qoşunlarının Ali Baş Komandanı, general Oleq Salyukov parada komandanlıq, müdafiə naziri Sergey Şoyqu ev sahibliyi edib.

Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.

Parad hava bölməsi olmadan keçib. İkinci Dünya Müharibəsi zamanı texnikanın keçidini açan ən kütləvi istehsal edilən T-34 tankı istisna olmaqla, bu il tanklar paradda iştirak etməyib. Mexanikləşdirilmiş kolonda "Tayfun” və "Tiqr” ailələrinin zirehli texnikası, BMP-2M, S-400 zenit-raket kompleksləri və "İskəndər-M” və "Yars” buraxılış sistemləri təqdim olunub.

Prezident Vladimir Putin çıxışında vurğulayıb: "Rusiyada Vətən müdafiəçilərinin xatirəsi müqəddəsdir, biz onu ürəyimizdə saxlayırıq”.

"Biz nasizmə qarşı cəsarətlə döyüşən Müqavimət üzvlərinə, ABŞ, Böyük Britaniya və digər dövlətlərin müttəfiq ordularının əsgərlərinə ehtiramlarımızı bildiririk. Biz yapon militarizminə qarşı döyüşdə Çin əsgərlərinin şücaətini xatırlayırıq və hörmət edirik. Əminəm ki, ümumi təhlükə ilə mübarizə illərində həmrəylik və tərəfdaşlıq təcrübəsi bizim əvəzsiz irsimizdir”, - o qeyd edib.

"Bu gün Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin liderlərinin burada, Moskvada toplaşması çox vacibdir. Mən burada əcdadlarımızın şücaətinə minnətdar münasibət görürəm: onlar birlikdə vuruşdular və birlikdə qalib gəldilər - SSRİ-nin bütün xalqları ümumi Qələbəyə töhfə verdilər. Biz bunu həmişə xatırlayacağıq”, - Putin vurğulayıb.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26