Interposta.Info

Rusiya işğal altında olan ukraynalılara niyə zorla pasport paylayır? - Britaniya kəşfiyyatı

 

Dünya
 24-04-2023, 18:01     219

İşğal altında olan ukraynalılara Rusiya pasportlarının məcburi şəkildə paylanması bu əraziləri Rusiyaya "bağlamaq” və işğalın iddia edilən uğurunu nümayiş etdirmək cəhdidir.

Qaynarinfo "Evropeiska Pravda”ya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı müharibə ilə bağlı 24 aprel tarixli kəşfiyyat icmalında deyilir.

Kəşfiyyat qeyd edir ki, işğalçı dövlət demək olar ki, ərazilkərdə qalan ukraynalıları Rusiya pasportu almağa məcbur edir. Nümunə olaraq, onlar Xerson vilayətinin sakinləri üçün 2023-cü il iyunun 1-dən əvvəl Rusiya vətəndaşlığına razı olmadıqları təqdirdə "deportasiya olunacaqları” və əmlaklarının müsadirə ediləcəyi barədə bəyanatı göstərirlər.

"Rusiya öz pasportlarından işğal olunmuş əraziləri "ruslaşdırmaq" aləti kimi istifadə edir - 2022-ci ildə ikinci genişmiqyaslı işğaldan əvvəl Donetsk və Luqansk vilayətlərində olduğu kimi. Rusiya çox güman ki, 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə birlikdə işğalı uğur kimi təqdim etmək üçün Ukraynanın işğal olunmuş ərazilərini Rusiya Federasiyasının bürokratik sisteminə inteqrasiya etməyə çalışır”, - şərhdə qeyd edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26