Interposta.Info

Özbəkistan Prezidenti “Togg”u sınaqdan keçirib - FOTO

Dünya
 12-04-2023, 19:21     238

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin ilk elektrik avtomobili “Togg”u sınaqdan keçirib.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Özbəkistanın dövlət başçısına yeni elektromobilin açarları Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın adından bu ölkənin sənaye və texnologiya naziri Mustafa Varank tərəfindən təqdim olunub.
Xatırladaq ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türkiyənin ilk elektrik avtomobili “Togg” təqdim olunub.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26