Interposta.Info

Həyat axtarışında: NASA aparatı Marsda yeni elmi missiyaya başladı (VİDEO)

Dünya
 3-04-2023, 21:36     265

NASA-nın Perseverance marsaxodu Mars planetində yeni elmi missiyasına başlayıb.

Qaynarinfo Tech Times-a istinadla xəbər verir ki, tədqiqat üçün ilk nümunə martın 30-da gəmiyə götürülüb.

Perseverance aparatı Marsda Jezero kraterinin zirvəsini öyrənməlidir.

Həmçinin, onun köməyi ilə tədqiqatın bir hissəsi olaraq, Qırmızı Planetdə həyatın mövcudluğuna dair sübut tapmaq istədikləri Mars torpağının nümunələri Yerə köçürülməlidir.

Marsoxod tədqiqat üçün ilk nümunəni Berea adlı qayalıqdan götürüb.

Alimlərin fikrincə, bu yer qədim çayın sayəsində çöküntülərdən əmələ gəlib.

Qayaların süxurlarında çoxlu miqdarda karbonat aşkar edilib.

Alimlər deyirlər ki, Mars torpağındakı bu fosillərin tədqiqi ərazinin su altında qaldığı zaman planetin ətraf mühitinin necə fəaliyyətdə olduğunu anlamağa kömək edəcək.

Bereadan sonra aparat Jezero kraterinin zirvəsinə qalxmağa davam edəcək.

Xatırladaq ki, alimlər Mars xüsusiyyətlərini göstərən yeni xəritə yaradıblar.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26