Interposta.Info

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumuna görə Merkel günahlandırıldı
 

Dünya
 3-03-2023, 18:37     255

Bundestaqın müdafiə komitəsinin sədri Mari-Aqnes Ştrak-Tsimmermann Almaniyanın keçmiş kansleri Angela Merkelin qəbul etdiyi qərarları tənqid edib və onun fikrincə, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunu mümkün edib.

"İnterPosta" xəbər verir ki, bu fikri Ştrak-Tsimmermann Almaniyanın RTL və N-tv telekanallarına müsahibəsində bildirib.

O xatırladıb ki, 2008-ci ildə NATO-nun Ukraynanın tez bir zamanda qəbul edilməsinin çox sayda tərəfdarları olub, lakin Almaniya və Fransa Rusiyanın mövqeyinə görə buna qarşı çıxıblar.

Siyasətçinin fikrincə, ukraynalıların NATO-ya qoşulmaması "o zaman Fransa və Angela Merkelin böyük səhvi idi".

Ştrak-Tsimmermann hesab edir ki, Rusiyanın genişmiqyaslı hücumundan sonra Almaniya Ukraynanın tərəfini tutmalı və onu silahla dəstəkləməli idi. Lakin görünür, "Angela Merkelin tarixini, xüsusən də son bir neçə ilin tarixini və səhvlərini yenidən yazmaq" lazım olacaq.

Münaqişənin perspektivlərini şərh edən Bundestaqın Müdafiə Komitəsinin rəhbəri hesab edib ki, onun Birinci və ya İkinci dünya müharibələri qədər davam etməsi ehtimalı azdır. Eyni zamanda, o əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın geniş və davamlı dəstəyinə ümid etmirdi.

Qeyd edək ki, 2008-ci ildə NATO-nun Buxarest sammitində Almaniya və Fransa Rusiyanın eskalasiyasından ehtiyat edərək, Ukraynaya, eləcə də Gürcüstana NATO-ya üzvlük fəaliyyət planının verilməsinə mane olublar, baxmayaraq ki, ABŞ qeyd edilən ölkələrin hərbi bloka qoşulnasına isti baxırdı. O vaxtdan bəri Alyans bu ölkələrin hər ikisinə yalnız "nə vaxtsa” üzv olacağına söz verib.

Ukraynaya genişmiqyaslı işğaldan sonra Merkel bu qərarının Rusiyanın təcavüzünə səbəb ola biləcəyini etiraf etməkdən imtina edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26