Interposta.Info

Angela Merkel: “Türkiyə mürəkkəb tərəfdaşdır, lakin onu NATO-da saxlamaq lazımdır”

Siyasət
 27-11-2019, 21:14     389

“Avropa Birliyi NATO olmadan təhlükəsizliyini təmin etmək gücündə deyil. Alyansın qorunub saxlanması Almaniyanın da maraqlarına uyğun gəlir”.

Bu barədə Almaniya kansleri Angela Merkelin Bundestaqdakı çıxışında qeyd olunub.

Onun sözlərinə görə, Avropa Birliyi hazırkı dövrdə təkbaşına qitənin demokratik dövlətlərini qorumaq iqtidarına sahib olmamaqla bərabər, güclü hərbi ittifaqlara ehtiyac duyur.

Angela Merkel Almaniyanın NATO-nun xeyrinə çalışdığını və üzərinə daha çox məsuliyyət götürməyə hazır olduğunu bildirib.
Merkelin nitqində diqqət çəkən məqam Türkiyə ilə əlaqədar sözləri olub. Kansler rəsmi Berlinin hərbi ittifaqın vahid orqanizm kimi işləməsinin qayğısına qaldığını vurğulayıb.

“Bəli, Türkiyə olduqca mürəkkəb partnyordur. Lakin onu yalnız geostrateji səbəblərdən dolayı NATO-da saxlamaq lazımdır”, - deyə o, qeyd edib.

Kansler AFR hakimiyyətinin müdafiə xərclərini artırmaq niyyətini də təsdiqləyib. Onun sözlərinə görə, artıq 2024-cü ildən etibarən ölkənin müdafiə büdcəsi ÜD-in 1,5%-dən 2%-nə qədər yüksəldiləcək./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26