Interposta.Info

Yunanıstandakı qatar faciəsinin səbəbkarı məlum oldu

Dünya
 1-03-2023, 23:24     327

Çərşənbə günü Yunanıstanda qatarın toqquşmasından sonra polis tərəfindən həbs edilən Larisa stansiyasının rəisi günahını etiraf edib.

Məlumata görə, o səhvən sərnişin qatarını yanlış yola yönəltdiyini deyib.

“Mən səhv etdim və sərnişin qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”, - deyə stansiya rəisi polisə bildirib.

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 36 nəfər həlak olub./TASS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26