Interposta.Info

Müharibədə istifadə olunan istənilən əşyanın Rusiyaya ixracı qadağan edildi

Dünya
 24-02-2023, 14:48     254

Böyük Britaniya Ukraynada müharibənin başlanmasının ildönümü münasibətilə 92 Rusiya şirkətinə və vətəndaşına qarşı sanksiya tətbiq edib.

"İnterPosta"xəbər verir ki, bu barədə hökümətin saytında məlumat dərc edilib.

"Bu gün biz Putin Rusiyasında əsas sənayelərə nəzarət edən elitaya qarşı sanksiyalar tətbiq edirik”, - Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

Böyük Britaniya hökumətinin saytında verilən məlumata görə, sanksiyalara "Rostex” və "Almaz-Antey”in 34 rəhbəri, həmçinin "Qazprom”un on rəhbəri, "Aeroflot”un doqquz rəhbəri və "Rosatom”un rəhbərliyi daxildir.

Məhdudiyyətlər həmçinin Matias Varniqə (Nord Stream AG-nin baş direktoru, Nord Stream qaz kəmərinin operatoru), Lyubov Kabayevaya (Milli Media Qrupunun rəhbəri Alina Kabayevanın anası), Aleksey Dyuminə (Vladimir Putinin keçmiş mühafizəçisi, Tula vilayətinin qubernatoru), Aleksey Kozaka (Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın oğlu), Viktor Zubkova (keçmiş baş nazir, "Qazprom"un Direktorlar Şurasının sədri) və Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayevə da tətbiq edilib.

Bundan əlavə, sanksiyalar Rusiyanın dörd bankını əhatə edib: Uralsib, Zenit, MTS Bank və Bank Sankt-Peterburq. "Bu addım Rusiyanı beynəlxalq maliyyə sistemindən daha da təcrid edir və Böyük Britaniyaya və onun tərəfdaşlarına [sanksiyalardan] yayınmanın qarşısını almağa kömək edəcək”, - Britaniya hökumətinin bəyanatında deyilir.

Sanksiya siyahılarına həmçinin gəmilər üçün radar avadanlığı istehsalçısı "İzumrud”, "Sokol” təyyarəqayırma zavodu, Elekon və Zvezda zavodları, həmçinin "Rembaza” və "Lomo” şirkətləri və Ümumrusiya Tədqiqat Eksperimental Fizika İnstitutu daxil edilib.
Eyni zamanda, Böyük Britaniya hərbi istehsalda, o cümlədən PUA-ların istehsalı üçün istifadə olunan hissələrin, radiotexnika və elektron komponentlərin ixracına qadağa qoyub. Qadağa həmçinin üçüncü ölkələrdə emal edilmiş 140 dəmir və polad məhsulunun idxalını da əhatə edir.

Britaniya hökumətinin bəyanatında deyilir: "Yeni sanksiyalar Rusiyanın bu günə qədər döyüş meydanında istifadə etdiyi aşkar edilən hər bir əşyanın ixracını qadağan edir".\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26