Interposta.Info

NATO-nun baş katibi vəzifəsindən nə vaxt gedəcəyini açıqladı

Dünya
 21-02-2023, 08:42     271

NATO-nun baş katibi Yens Stoltenberq payızda vəzifəsini tərk edəcəyini bildirib.

O, NATO-nun baş katib postuna layiqli şəxsin tapılacağına ümid etdiyini deyib. Stoltenberq alyans üzvlərinin xahişi ilə bu vəzifədə qalması barədə deyilənləri yanlış adlandırıb. Siyasətçi qeyd edib ki, hələ baş verənlər barədə spekulyasiya etmək niyyətində deyil.

“Mən bütün diqqətimi NATO-nun Ukraynaya yardımının təmin olunmasına yönəldirəm”, - o vurğulayıb.

Qeyd edək ki, Stoltenberq 2022-ci il oktyabrın 1-də istefa verməli idi, lakin mart ayında keçirilən sammitdə NATO ölkələrinin liderləri onun səlahiyyət müddətini 2023-cü il sentyabrın 30-dək uzadıblar./TASS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26