Interposta.Info

Yens Stoltenberq: "NATO sammitində yeni strateji konsepsiya qəbul olunacaq"

Dünya
 29-06-2022, 14:22     378

NATO sammitində Rusiya alyans üçün birbaşa təhdid kimi adlandırılacaq və Şimali Atlantika Blokunun gələcəyini qurmaq üçün plana çevriləcək yeni strateji konsepsiya qəbul ediləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə NATO-nin Baş katibi Yens Stoltenberq sammitdən öncə deyib.

“Biz sammitdə yeni strateji konsepsiya qəbul edəcəyik. Bu konsepsiya alyansı gələcəkdə daha rəqabətli və təhlükəli dünyaya necə aparmaq və NATO-nun tərkibində yaşayan bir milyard insanın təhlükəsizliyini necə təmin etmək üçün plana çevriləcək. 2010-cu ildə qəbul edilən əvvəlki strateji konsepsiyada Rusiya strateji tərəfdaş adlandırılıb. Yeni konsepsiyada isə Rusiya alyansın təhlükəsizliyinə əsas təhdid kimi göstəriləcək”, - deyə Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, sammit iştirakçıları NATO-ya daxil olan bütün ölkələrin müdafiə xərclərini ardıcıl artırmaq planına sadiqliyini bir daha təsdiq edəcəklər

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26