Interposta.Info

Rusiyada yeni səfərbərlik dalğası gözlənilir? - Peskov cavab verdi

Dünya
 13-02-2023, 21:43     248

Rusiya Federasiyası Prezidentinin nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiyada yeni səfərbərlik dalğası barədə məlumat yoxdur.

"İnterPosta" bu barədə RBC-ya istinadla xəbər verir ki, o, ABŞ səfirliyinin ikili vətəndaşlığı olan şəxslərin mümkün səfərbərliyi ilə əlaqədar həmvətənlərinin Rusiyanı tərk etməyə çağırışını şərh edərkən deyib.

"Biz ilk dəfə deyil ki, Rusiyaya getməmək və Rusiyanı tərk etmək çağırışlarını eşidirik. Ona görə də bu bir növ yenilik deyil. Bir də ki, orada ikili vətəndaşlığı olan vətəndaşlardan – yəni həm Amerika, həm də Rusiya vətəndaşlığı olanlardan bəhs edilir. Burada, hər halda, Rusiya vətəndaşı olan bu vətəndaşlar, hansı ikinci vətəndaşlıqdan asılı olmayaraq, ilk növbədə, bizim üçün Rusiya vətəndaşlarıdır”, - Peskov vurğulayıb.

Eyni zamanda, ABŞ səfirliyinin bu cür bəyanatları fonunda yeni səfərbərlik dalğası ilə bağlı məlumatların olub-olmaması ilə əlaqəli suala Peskov belə cavab verib: "Xeyr, heç bir məlumat yoxdur”.

Bundan bir qədər əvvəl ABŞ səfirliyi Rusiyadakı Amerika vətəndaşlarına təcili olaraq ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib. Səfirlik iddia edib edib ki, Rusiya hakimiyyəti amerikalılara Rusiyada ikili vətəndaşlığın tanınmasından imtina edə, onların ölkəni tərk etməsinə mane ola və səfərbərliyə məruz qoya bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26