Interposta.Info

Moldovanın baş naziri istefa verdiyini açıqlayıb

Dünya
 10-02-2023, 16:00     192

Moldovanın baş naziri Nataliya Qavrilitsa bu gün baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə hökumət başçısı brifinq zamanı elan edib.

“İl yarım baş nazir postundan sonra istefamı elan etməyin vaxtı çatıb”, - deyə Qavrilitsa vurğulayıb.

Qeyd edək ki, hökumət başçısının vəzifədən getməsi, konstitusiyaya görə, ölkənin Nazirlər Kabinetinin bütün üzvlərinin istefası deməkdir./TASS/oxu.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26