Interposta.Info

Ərdoğan zəlzələ bölgəsinə gedir

 

Dünya
 8-02-2023, 14:30     277

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə çatıb.

"İnterPosta" xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı ərazidəki mövcud durumla tanış olacaq.

Xatırladaq ki, fevralın 6-sı səhər saatlarında Türkiyədə 7.7 maqnitudada zəlzələ baş verib.

11.47

Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərər çəkmiş əraziləri yoxlamaq üçün bölgəyə gedir.

"İnterPosta" bu barədə Haber-7.com-a istinadla xəbər verir.

Prezident Ərdoğan Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş vilayətlərə gedərək işləri yerində yoxlamaq və koordinasiya etmək istəyir.

Ərdoğanın əvvəlcə Kahramanmaraş şəhər mərkəzinə, daha sonra Pazarcık mahalına keçəcəyi gözlənilir.

Prezident Ərdoğanın daha sonra Hatayda araşdırma aparması planlaşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26