Interposta.Info

Rusiyada göl qəfildən bütünlüklə yoxa çıxdı - FOTO/VİDEO

Dünya
 4-02-2023, 09:29     263

Rusiyada göl qəfil şəkildə bütövlükdə yoxa çıxıb. Söhbət Yakutiyada, Çerkex kəndi yaxınlığında olan göldən gedir.

Artıq rusiyalı alimlər bu fenomeni araşdırmaq üçün ekspedisiya təşkil ediblər.

Onlar baş verənlərin səbəbləri barədə danışmağın hələ tez olduğunu və tədqiqatların ilkin nəticələrinin fevralın 6-dan sonra məlum olacağını deyiblər. Bununla belə mütəxəssislər son vaxtlar belə hadisələrin sayının çoxaldığını vurğulayıblar.

Yeri gəlmişkən, bəzi ekspertlər düşünürlər ki, gölün yoxa çıxması ilə dekabrda Xanqalas rayonu ərazisində qəfildən peyda olan çay arasında əlaqə var. Məlumata görə, həmin çayın suyu hətta 40 dərəcə şaxtada belə donmur.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26