Interposta.Info

Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv etdi - SƏBƏB

Dünya
 21-01-2023, 13:54     255

Ankara İsveçin müdafiə naziri Pol Yonsonun Türkiyəyə planlaşdırılan səfərini ləğv edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bəyan edib.

O, PKK terror təşkilatı tərəfdarlarının Qurani-Kərimə qarşı təxribatlarını və Stokholmda Türkiyə səfirliyi qarşısında Türkiyə əleyhinə nümayiş keçirmək üçün İsveç polisindən icazə almasını kəskin tənqid edib.

“Buna qarşı reaksiya göstərməmək qəbuledilməzdir. Mütləq tədbir görmək lazım idi”, - deyə nazir bildirib.

“Hazırda İsveçin müdafiə naziri Yonsonun yanvarın 27-də Türkiyəyə səfəri mənasızdır. Ona görə də biz səfəri ləğv etdik”, - deyə Hulusi Akar əlavə edib./Haber Global

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26