Interposta.Info

Müharibədən boyun qaçıran hərbçiyə Rusiyada beş il həbs cəzası verildi
 

Dünya
 12-01-2023, 18:32     203

Ufa qarnizon hərbi məhkəməsi Ukraynada hərbi xidmət keçməkdən və "xüsusi əməliyyata” qatılmaqdan imtina edən 24 yaşlı efreytor Marsel Kandarovu 5 il müddətinə azadlıqdan məhrum edib.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə Başqırdıstan məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kandarov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 337-ci maddəsinin 5-ci bəndində (səfərbərlik dövründə bir aydan çox davam edən hərbi xidmətə üzrlü səbəb olmadan vaxtında gəlməmək) nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İş materiallarına görə, 2022-ci ilin mayında "xüsusi hərbi əməliyyat”da iştirak etmək istəməyən” Kandarov xidmət yerinə gəlməyib. Sentyabrda o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Keçən ilin dekabrında isə Kamçatkadan olan hərbçi Aleksey Breusov Ukraynada döyüş əməliyyatlarında iştirakdan imtina etdiyinə görə mühakimə olunub, o, bir il səkkiz ay müddətinə koloniya tipli həbsə məhkum edilib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26