Interposta.Info

DSK sədrinin qohumu usaqbazlıga görə həbs edildi - 8 il 6 ay

Ölkə
 31-01-2019, 14:38     10 509

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İnterPosta.info azfakt.com-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ramil Mehdiyev Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumat verildiyi kimi Ramil Mehdiyev azyaşlı doğma bacısı qızı 2015-ci il təvəllüdlü Nəzrin Məmmədovaya (ad və soyad şərti verilib - red.) 2018-ci ilin oktyabr ayına kimi mütəmadi seksual xarakterli zorakılıq hərəkətləri edib.
Azyaşlının atasının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Ramil Mehdiyevin törətdiyi cinayət əməli ifşa edilmiş və törədilmiş cinayətin digər məqamları üzə çıxmışdır. Belə ki, azyaşlının atasının verdiyi məlumata görə zərərçəkmiş azyaşlı Amerika Birləşmiş Ştatlarının vətəndaşıdır. Qeyd edilən cinayət azyaşlı uşaqlar anası ilə birlikdə Bakı şəhərində olarkən törədilmişdir. Törədilmiş cinayət barədə azyaşlının anasının məlumatı olsa da o, cinayəti ifşa edərək hüquq-mühafizə orqanlarına məlumat vermək əvəzinə həmin cinayəti gizlədərək heç kəsə məlumat verməməsi üçün azyaşı uşağa təzyiqlər göstərmişdir. Məqsədi isə qardaşı Ramil Mehdiyevi qorumaq olmuşdur.

Bundan başqa əldə edilən məlumata görə Azərbaycan Respublikasında 2015-ci il təvəllüdlü Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan azyaşlı uşağa qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökumü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Ramil Mehdiyev 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiayasının sədri Qəşəm Əhmədzadənin yaxın qohumudur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26