Interposta.Info

ABŞ İranın PUA istehsalının qarşısını almaq üçün yollar axtarır
 

Dünya
 5-01-2023, 13:23     234

ABŞ sanksiyalar və ixrac nəzarəti yolu ilə İranın pilotsuz uçan aparatlarının istehsalına təsir imkanlarını nəzərdən keçirir və hissələri istehsalda istifadə edilən özəl şirkətlərlə danışıqlar aparır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqətləri” bu barədə "Reuters"ə istinadla məlumat yayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson "İranın dron texnologiyalarına çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarəti baxımından atacağımız növbəti addımları qiymətləndiririk", - deyib.

Xəbər verdiyimiz kimi, 2022-ci ilin payızında Ukraynada vurulan İran istehsalı olan "Şahed-136” pilotsuz uçuş aparatlarından birində ABŞ-dan ən azı 13 müxtəlif şirkətin istehsalı olan hissələr aşkar edilib.

Şahed-136-da detalları tapılan şirkətlərdən hər hansı birinin ABŞ-ın sanksiyalar qanunlarını pozduğuna və texnologiyalarını bilərəkdən İrana ixrac etdiyinə dair heç bir sübut yoxdur. Bir çox şirkətlər monitorinqi artırmağı vəd etsələr belə, istehsalçılar üçün qlobal bazarda çox yayılmış bu hissələrin hara getməsinə nəzarət etmək çox vaxt çox çətindir.

Xatırladaq ki, ABŞ noyabrda İran pilotsuz təyyarələrinin istehsalı və ya Rusiyaya təhvil verilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslərə, dekabrda isə Rusiya qurumlarına qarşı İrandan qeyri-qanuni pilotsuz təyyarələrin alınmasında və onlardan Ukraynadakı müharibədə istifadədə iştirakına görə əlavə sanksiyalar tətbiq edib.

Aİ, həmçinin Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya pilotsuz təyyarələr verdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26