Interposta.Info

Kosovonun şimalında və Metohiyada barrikadalar yığışdırılır

Dünya
 29-12-2022, 16:34     302

Kosovo və Metohiyada serblər barrikadaları yığışdırmağa başlayıblar.

Kosovo və Metohiyaya girişdə ən böyük keçid məntəqəsi “Merdar”da barrikada tamamilə sökülüb.

Bölgənin digər əsas nöqtələrində barrikadaların sökülməsinə başlanılıb.

Günün əvvəlində Serbiya Prezidenti Aleksandar Vuçiç barrikadaların tezliklə aradan qaldırılacağını açıqlamışdı. O qeyd edib ki, barrikadalar 24-48 saat ərzində söküləcək.

Serbiya lideri sülhün, sabitliyin və Kosovo və Metohiyadakı serblərin qorunması üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

Xatırladaq ki, serblər iki həftədən artıq idi ki, Kosovo və Metohiyadakı barrikadalarda növbə çəkirdilər./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26