Interposta.Info

Məhkəmə Permdə tələbələri güllələyən Bekmansurova ömürlük həbs cəzası verdi

Dünya
 29-12-2022, 00:08     269

Dekabrın 28-də məhkəmə Perm Dövlət Universitetində 6 nəfəri güllələyən Timur Bekmansurov barəsində hökm çıxarıb.

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Xatırladaq ki, 2021-ci il sentyabrın 20-də səhər saatlarında Hüquq fakültəsinin 1-ci kurs tələbəsi Timur Bekmansurov Perm Dövlət Universitetinin ərazisində tüfəngdən atəş açıb. Nəticədə 6 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Agentlik bildirir ki, məhkəmədəki proseslər dörd ay davam edib. Ölənlərin yaxınları və fövqəladə hadisə qurbanları təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası istəyiblər, prokuror isə analoji vəsatətlə çıxış edib.

Bekmansurov özü törətdiyi cinayətlərdə özünü təqsirli bilib. Amma o, maksimum cəza təyin etməməyi xahiş edib. O, əlilliyinə (üçüncü qrup), həmçinin yaşayış və təhsil yerindən müsbət arayışlara istinad edib. Bekmansurov istintaqla fəal əməkdaşlıq etdiyini xatırladıb.
Lakin məhkəmə bunu qəbul etməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26