Tokayev yenidən prezident seçildi

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.
Kasım-Jomart Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib.
"Beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub”, - deyə Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib.
Məlumata görə, Tokayevin andiçmə mərasimi noyabrın 26-sı baş tutacaq.
Qeyd edək ki, Tokayev 2019-cu ildə keçirilən seçkilərdə səslərin 70,96%-ni toplamışdı./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26