Interposta.Info

İstanbul terroruna görə 17 nəfər həbs olundu

 

Dünya
 18-11-2022, 11:28     198

Noyabrın 13-ü İstanbulda törədilən terror aktında iştirak etməkdə şübhəli bilinən 17 nəfər həbs olunub.

"İnterPosta" xəbər verir ki, bu barədə məlumatı Qaynarinfo "TRT Haber”ə istinadən yayıb.

İstanbul Prokurorluğunun 8 müstəntiqi və 2 prokuroru tərəfindən aparılan istintaqa cəlb olunmuş 51 şübhəlinin dindirilməsi başa çatıb. Şübhəlilərdən ikisi İstanbul Polis İdarəsindən sərbəst buraxılıb. Qalan 49 nəfər isə məhkəməyə göndərilib. Onlardan 17-si barədə həbs qərarı verilib.

Terror aktının həyata keçirilməsinə yardım etməkdə ittiham olunan və Suriyanın Əziz şəhərində ələ keçirilərək İstanbula gətirilən "Hüsam" kod adlı terrorçunun dindirilməsi davam edir.

Qeyd edək ki, İstanbuldakı İstiqlal küçəsində terror aktını Ahlam Albashır adlı PKK/YÖG üzvü törədib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Ahlam Albashır istintaqa ifadəsində terror törətmək əmrini ona "Hacı” kod adlı terrorçudan alıb. O, terakt törədilən yerdə tək olmadığını, başqa bir terrorçunun şəkillər çəkdiyini bildirib. Həmçinin terror təşkilatına 2017-ci ildə üzv olduğunu etiraf edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26